Gürcüstanda İmam Əlinin (ə) mövludu münasibətilə mərasim keçirilib - FOTO

Gürcüstanda İmam Əlinin (ə) mövludu münasibətilə mərasim keçirilib - FOTO

-- Bolnisi rayonu...

Ötən gün Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində İmamlar atası, Allahın yer üzərindəki vəlisi, Peyğəmbərin vəsisi Həzrət İmam Əlinin (ə) ad günü münasibəti ilə mərasim keçirilib. 
 
Maide.Az xəbər verir ki, mərasimdə elm, din və  ictimaiyyət xadimləri, dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan din xadimləri və  yerli müsəlmanlar iştirak edib. 
 
Mərasim  Quran tilavəti ilə başlayıb. Sonra  Bolnisinin Baş Axundu Hacı İfrət Əhmədov çıxış edib və mövla Əlinin (ə) mövludu münasibətilə məclis iştirakçılarını təbrike dib. 
 
O, İmam Əlinin (ə) Quranın düzgün müfəssiri və İslamın kamil müəllimi olduğunu söyləyərək İslamı düzgün öyrənmək  sahəsində məhz onun əsl meyar və qaynaq  olduğu barədə  geniş məlumat verib. 
 
 Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxış edib və  mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik edib. R.İgidov İmam Əlinin (ə) simasında əsl insanlığın sifətlərindən, “İslam”, “İman” və “Bəndəliy”in şərtləri haqda söhbət edib. Danışan və canlı Quran olan imamın fəzilətlərindən və yüksək insani keyfiyyətlərin müsəlmanlar üçün düzgün nümunə olması zəruriliyini vurğulayıb. 
 
Mərasim İmam Əlinin (ə) şəninə oxunan şeir və ilahilərlə davam edib. Sonda qonaqlar bayram süfrəsinə dəvət olub. Mərasim İmam Zaman (ə) duası oxunmaqla başa çatıb. 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru