Gürcüstanda İmam Həsənin (ə) mövlud mərasimi keçirilib - FOTO 01 İyun 2018 01:00 Xəbərlər -- Rustavi şəhərində Bu axşam Rustavi şəhərində Həzrət İmam Həsənin (ə) təvəllüdü münasibətilə iftar zamanı mərasim keçirilib. Maide.Az xəbər verir ki, mərasimdə din xadimləri, dövlət rəsmiləri və şəhər dindarları iştirak edib. Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən mərasim Quran tilavəti ilə başlayıb. Sonra Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin İgidova çıxış edib. Daha sonra məclisdə iştirak edən Kvemo Kartilinin qubernatoru Qriqol Nemsadze, Rustavi şəhərinin meri İrakli Tabağua, İran İslam Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri Hacı İsak Novruzov mərasim iştirakçılarını salamlayaraq, əziz və müqəddəs günlər münasibətilə təbrik, ürək sözləri və xoş arzularını bildiriblər. İftar süfrəsi ətrafında keçirilən mərasim Məşədi Səid Həsənin ifasında könülə oxşayan dini ilahilərlə davam edib. Sonda mərasim Əl-Mustafa Universitetinin Gürcüstan üzrə nümayəndəsi Hacı Davud Zarenin dua oxuması ilə sona çatıb. Teqlər : #Gürcüstanda İmam Həsənin (ə) mövlud mərasimi keçirilib FOTO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistanda Nipah virusundan ölənlərin sayı 16-ya çatıb Gürcüstanın baş prokuroru etirazlara görə istefa verib