Gürcüstanda  nəşr olunan dini kitabların  təqdimatı  keçirilib - FOTO

Gürcüstanda nəşr olunan dini kitabların təqdimatı keçirilib - FOTO

-- Gürcüstanda 50-dən çox dini kitab, yüz minə yaxın tirajla çap olunub

Dünən Gürcüstan Müsəlmanları İdarəsinin tərəfindən son illərdə nəşr olunan dini kitabların təqdimatı keçirilib.
 
Maide.Az xəbər verir ki, tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Müctəba Kamranifərd, Beynəlxalq Əl-Mustafa Universitetinin nümayəndəsi Hacı Davud Zare, ictimaiyyət və din xadiməri iştirak ediblər.
 
Quranın tilavətindən sonra tədbiri giriş sözülə açan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi son dörd ildə çap olunan kitablar haqqında statistik məlumat verdi.
 
O, Bu günə qədər 50-dən çox kitabın yüz minə yaxın tirajla, onlarla poster, praşur və infoqrafiklərin, təqvim və jurnalların ümumilikdə 300000-dən çox nüsxədə  çap olunduğunu bildirdi. Qurani-kərimin Azərbaycan dilində iki tərcüməsinin 5000 nüsxədə çap edildiyini də qeyd etdi.
 
Konfransda çıxış edən digər qonaqlar kitabların nəşri və sağlam dinimizin təbliğ və təlimi sahəsində fəaliyyət göstərən Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib, kitab oxumanın dəyəri və faydaları haqqında danışıblar.
 
Sonda din xadimlərinə kitab və infoqrafiklər hədiyyə olunub.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru