Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu bağlanıb 31 Yanvar 2020 16:02 Dünya Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu qoşqulu və yarımqoşqulu yük avtomobilləri üçün bağlanıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin post-patrul xidməti məlumat yayıb. Məlumatda deyilir ki, güclü qar, çovğun və yolların buz bağlaması səbəbindən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Kazbeqi-Yuxa Lars yolunun Qudauri-Kobi hissəsində yük avtomobillərinin hərəkəti qadağan edilir. Həmin ərazidə polis əməkdaşları digər avtomobillərin hərəkətini nəzarətdə saxlayır və lazımi kömək göstərir. Qeyd edək ki, Mtsxeta-Stepandsminda-Lars yolu Gürcüstanı və Ermənistanı Rusiya ilə birləşdirən yeganə avtomobil yoludur. Məlumata görə, hazırda yolun həmin hissəsində və sərhəd-keçid məntəqəsində Ermənistana və bu ölkədən Rusiyaya gedən bir neçə yük avtomobili dayanıb. Eləcə də Azərbaycan, Türkiyə, Ukrayna və digər ölkələr istiqamətində hərəkət etməli olan xeyli sayda yük avtomobili sərhəddə gözləyir. /azertac / Teqlər : #Gürcüstandan,#Rusiyaya,#gedən,#beynəlxalq,#əhəmiyyətli,#yeganə,#avtomobil,#yolu,#bağlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclas keçirir Bu gün Fəcr ongünlüyü bayram şənliklərinə start verilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO