Gürcüstanda Peyğəmbərin (s) doğum günü qeyd olunub (FOTOLAR)

Gürcüstanda Peyğəmbərin (s) doğum günü qeyd olunub (FOTOLAR)

Tbilisidə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) illik hesabatı və mövlud bayramı ilə bağlı tədbir keçirilib.
 
Maide.Az bildirir ki, bu barədə SalamNews-a məlumat verən BGMİ-nin şeyxi Hacı Ramin İgidov deyib ki, tədbirdə din xadimləri, dövlət rəsmiləri, səfirlik nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak edib.
 
İki hissədən ibarət olan tədbirin birinci hissəsində Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Türkiyə Dəyanət İdarəsinin Gürcüstandakı nümayəndəsi Nəbi Gümüş və digər qonaqlar çıxış edərək öncə Həzrət Məhəmməd peyğəmbərin (s) mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik ediblər.
 
Sonra isə Gürcüstanda İslam dininin inkişafı, problemlər və ehtiyaclar haqqında fikirlərini bölüşüblər. Din rəhbərləri ölkənin həm şərq və həm də qərbində İdarənin gördüyü işləri projektorla sərgiləyərək nümayiş ediblər. Sonda isə müfti müavini Adəm Şantadze İdarənin gələcək proqramlarını və strategiyasını müsəlmanların nəzərinə çatdırıb.
 
Tədbirin ikinci hissəsində isə qonaqlar mövlud süfrəsi ətrafında bir araya gələrək təəssüratlarını bölüşüblər. İştirakçılara İdarənin illik hesabat jurnalı və dini kitablar hədiyyə olunub.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru