Gürcüstanda qatar avtobusla toqquşdu: 3 ölü 03 Yanvar 2015 02:00 Hadisə Gürcüstanın qərbindən Tbilisiyə hərəkət edən sürət qatarı mikroavtobusla toqquşub. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, qəza Marani kəndi ərazisində baş verib. Toqquşma nəticəsində mikroavtobusun 3 sərnişini ölüb. Nəqliyyat vasitəsində olan iki azyaşlı uşaq isə xəsarət almayıb. Qəzaya səbəb kimi qadağan edilmiş yerdə dəmiryol xəttinə çıxmış mikroavtobus sürücüsünün yaxınlaşan qatarı görməməsi göstərilir. / Teqlər : #Gürcüstanda qatar avtobusla toqquşdu: 3 ölü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Goranboyda iki avtomobil toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb İngiltərədə təyyarə qəzaya uğradı, ölənlər var