Gürcüstanda qızılca xəstəliyi yayılıb

Gürcüstanda qızılca xəstəliyi yayılıb

Gürcüstanda qızılca xəstəliyinə yoluxma halları kəskin artıb.
 
Maide.Az bildirir ki, “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
 
O deyib ki, yanvar ayının 1-dən etibarən ölkədə qızılcaya 312 yoluxma faktı qeydə alınıb: “Ötən il 2000-2200 yoluxma halı olub. Təəssüflər olsun ki, xəstəlikdən 3 nəfər ölüb. Qızılca xəstəliyi ciddi ağırlaşmalara səbəb ola və ölümlə nəticələnə bilər”.
 
Mərkəz direktorunun sözlərinə görə, qızılcaya yoluxma halları ən çox Kaxeti və İmereti bölgələrində yayılıb: “Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür”.
 
A.Qamkrelidze əhalini qızılcaya qarşı peyvəndi təxirə salmamağa çağırıb: “Hazırda ölkədə kifayət qədər vaksin var və peyvənd ödənişsiz həyata keçirilir. Vaksin təhlükəsizdir və və heç bir əks təsir törətmir”. 

Google+ WhatsApp ok.ru