Gürcüstanda `Vəhabiliyə Son` adlı aksiya keçiriləcək

Marneuli İmam Əli(ə) məscidi heyəti bəyanat yayaraq yanvarın 14-də "Vəhabiliyə Son" adlı aksiya keçirəcəyini elan edib. 
Maide.az  mgeo.ge istinadən xəbər verir ki, Marneuli İmam Əli (ə) məscidinin heyətinin bəyanatında bildirilir "14.01.2016 Tarixində Fikrət Əhmədovun şəhadəti ilə əlaqədar Soğanlıq kəndinin mərkəzində "Vəhabiliyə Son" adlı aksiya keçiriləcək. Bütün Əhli-Beyt dostlarını aksiyada iştirak etməyə, vəzifələrinə əməl etməyə çağırırıq. Hörmət və ürək yanğısı ilə: Marneuli İmam Əli(ə) məscidi heyəti."
Qeyd edək ki, Gürcüstan televiziyasına vəhhabiliyin əleyhinə müsahibə verən azərbaycanlı Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb. O, dünən dəfn edilib. 
Fikrət Əhmədov "İmedi" kanalına müsahibəsində son bir neçə ildə kənddə vəhhabilərin çoxaldığını bildirib: "Bundan xəbər tutan həmin kəndin sakini Ramin İsayev Fikrətlə görüşmək istədiyini bildirib. Onlar kənd orta məktəbinin yanında görüşüblər və aralarında mübahisə baş verib. Nəticədə Ramin İsayev Fikrət Əhmədovu bıçaqlayıb. Onlar yaxın dost olublar. Ramin əvvəllər şiə məzhəbinə qulluq edib, sonra vəhhabi radikal qrupuna qoşulub və onları təbliğ edib". 
Məlumata görə, Soğanlıq kəndinin sakinləri vəhhabiliyin kənddə təbliğinə qarşı dəfələrlə etiraz aksiyaları keçiriblər.  Vəhhabilər kənddə məscid tikməyə çalışıblar və kənd sakinləri buna etiraz olaraq məhkəməyə müraciət ediblər. Nəticədə məhkəmənin qərarı ilə tikinti dayandırılıb və vəhhabilər yarımçıq qalan tikilinin zirzəmisində fəaliyyətlərini davam etdiriblər. 
Məscidin tikintisi ilə bağlı Gürcüstanın "İmedi" kanalı şiə məzhəbindən olan dindarlar və vəhhabilərdən müsahibə alıb. Müsahibə efirə veriləndən sonra narazılıqlar yaranıb. R. İsayev hadisəni törədəndən sonra qaçıb. 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /
 

 

Google+ WhatsApp ok.ru