Gürcüstanda Vəhdət həftəsi münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib - FOTO

Gürcüstanda Vəhdət həftəsi münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib - FOTO

Gürcüstanda İslam Peyğəmbəri Həzrəti Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları həmçinin Vəhdət-həftəsi münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib.
 
Maide.Az xəbər verir ki, bayram tədbiri Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb (s.ə)” Qadınlar Birliyinin təşkilatçılığı ilə təşkil olunub.
 
Tədbir Quran tilavəti ilə açıq elan olunub.  Quran tilavətindən sonra Türkiyə Cəfəri Alimlər Birliyi idarə heyətinin üzvü dəyərli alim Məhdi Aksu çıxış edərək Peyğəbər (s) dünyaya gəlişi ilə nələr baş verdi və Peyğəbər (s) Mədinədə yaşadığı dövürdə gördüyü işlər haqda danışıb.
 
Sonra Peyğəmbər (s) və İmam Sadiq (ə) şəninə surudlar və şerlər səsləndirildi. Tədbirin davamında Al-Mustafa Unversitetinin Gürcüstandakı nümayəndəsi dəyərli alim Hacı Davud Zarii öz növbəsində çıxış edərək İmam Sadiq (ə) fəzilətindən və əxlaqından danışdı.
 
Tədbir  "Fərəc" duası oxuması ilə yekunlaşıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru