Gürcüstanda `Ya Huseyn` karvanı

Maide.az xəbər verir ki, dünən Gürcüstanda növbəti "Ya Huseyn" karvanı keçirilib. Məhərrəm ayının atributları ilə bəzədilən avtokarvan mərsiyyə sədaları altında Marneuli və bölgə kəndlərini ziyarət edib. 
Karvan başçısı Hacı Amil bildirib ki, keçən günlərdə olduğu kimi bu gün də səfər çox mənəvi və gözəl keçib: "Marneuli Dəmyəgorarxi və Mamey kəndlərinə səfərimiz oldu.Kənd sakinləri bizimlə mərsiyyə deyib əza saxladılar. Bizi gözəl qarşılayan sakinlər, karvan üzvlərinə isti çörək, su və.s ehsan etdilər. Lakin bizə gələn məlumatlara görə kimlərsə bizim küçədəki "Ya Huseyn" sədalarından narahatçılıq keçirirlər. Şəxsən mən və dostlarım o narahatçılığa görə şadıq. Kimlərsə "Ya Hüseyn" karvanını dağıtmaq istəyirsə, bilsinlər ki, Hüseynin (ə) karvanı daim Hiseynin (ə) yolunda olacaq və Heseynin(ə) sədası hər zaman yezidi narahat edəcək. 12 ildir şəxsən mən bu kampaniyanın keçirilməsində iştirak edirəm və inşəallah hər zaman daha da güclənəcək."
Karvan sonda Marneuli İmam Əli (ə) məscidində dayanaraq şam, işa namazlarından sonra əzadarlıqla başa çatıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru