Gürcüstan fərdi avtomobillərdən istifadəni qadağan edir

Gürcüstan fərdi avtomobillərdən istifadəni qadağan edir

Gürcüstan aprelin 17-də günortadan başlayaraq bütün ölkə boyunca fərdi avtomobillərdən və başqa şəxsi nəqliyyat vasitələrindən istifadəni qadağan edir.
 
Hökumət bildirir ki, bu tədbir ölkədə yayılan koronavirus epidemiyasının cilovlanması məqsədini güdür.
 
Hökumət sözçüsü Irakli Chikovani bildirib ki, qadağan hələki aprelin 21-dək qüvvədə olacaq.
 
Qadağan yük maşınları və başqa mühüm daşımaları həyata keçirən nəqliyyat vasitələrinə şamil edilmir.
 
Chikovani deyib ki, bu qərarın qəbul edilməsi “virus yayılmasının aktiv fazasının dayandırılması”, habelə məhdudiyyətlərə baxmayaraq yollarda sıx olan avtomobil axınının azaldılması məqsədini güdür. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru