Gürcüstan gələn il Azərbaycandan alacağı elektrik enerjisinin həcmini açıqlayıb

Gürcüstan gələn il Azərbaycandan alacağı elektrik enerjisinin həcmini açıqlayıb

Gürcüstanın Energetika Nazirliyi 2017-ci il üçün ölkənin elektrik enerjisi balansını təsdiqləyib.
 
Qonşu ölkə bu illə müqayisədə gələn il elektrik enerjisinin idxalını 93,1%, ixracını isə 30,8% artırmaq niyyətindədir.
 
Gürcüstan gələn il Azərbaycandan 823,8 mln. kVt/saat həcmində elektrik enerjisi idxal etmək niyyətindədir.
 
Qonşu ölkə növbəti il 790,2 mln. kVt/saat həcmində elektrik enerjisi ixrac etmək niyyətindədir ki, bunun da 110,4 mln. kVt/saatı Rusiya, 679,8 mln. kVt/saatı Türkiyənin payına düşür. (interfax)

Google+ WhatsApp ok.ru