Gürcüstan imam Həsən (ə) məscidində möhtəşəm Aşura mərasimi qeyd olundu -FOTO

Gürcüstan imam Həsən (ə) məscidində möhtəşəm Aşura mərasimi qeyd olundu -FOTO

Ötən gün (12.10.2016) Gürcüstan Qızılhacılı İmam Həsən (ə) məscidində əhli-beyt (ə) aşiqləri İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin xatirəsinə möhtəşəm əza məclisi təşkil olunub. 
Maide.Az xəbər verir ki,  məclis, məscidin imam camaatı Məşədi Fuad İsayeivin quran qiraəti və duası ilə başlandı. Daha sonra məscidin axundu Hacı Qurban Murquzov Həzrət İmam Hüseyn (ə) və kərbəla qiyamının hədəf və məqsədlərində söhbət açaraq xütbə söylədi.
 
Məclis, əhli-beyt (ə) və kərbəla şəhidlərinin şəninə oxunan nohə və sinəzələrlə sona çatdı.
 
Qeyd edək ki, Gürcüstanın bir çox şəhər və kəndlərində  Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə bu il daha da izdihamlı şəkildə keçirilib. 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru