Gürcüstanla ticarət – ziddiyyətli statistika

Bu ilin 8 ayında Azərbaycanla Gürcüstan arasında ticarət həcmi $320,9 mln təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən $98,9 mln və ya 23,6% azdır, deyə Gömrük Komitəsi bildirir. Gürcüstan gömrükçüləri isə başqa rəqəmlər verib.
 
Gürcüstanın rəsmi məlumatına görə, 2015-ci ilin yanvar-avqustunda Azərbaycanla əmtəə dövriyyəsi həcmi $395,4 mln olub. Bu, ötən ilin eyni dövründəkindən ($794,7 mln) iki dəfə azdır.
 
Azərbaycan gömrüyü Gürcüstandan $70,3 mln idxal barədə məlumat verir. Gürcüstan tərəfinə görə, 8 ayda Azərbaycana ixrac həcmi $102 mln çox olub. Azərbaycan gömrüyü bu dövrdə Gürcüstana $272,6 mln, Gürcüstan $357,8 mln məbləğində ixracat barədə məlumat verir.
Bir neçə örnək sübut edir ki, Azərbaycanla Gürcüstan öz istədiyi kimi hesablayır.
 
Azərbaycan tərəfinin məlumatına görə, bu ilin I yarısında Gürcüstandan $482 min məbləğində 39,9 ton dərman idxal edilib. Gürcüstan bildirir ki, sərhədindən $15 mln 656,7 min məbləğində 1000 ton dərman preparatı keçib.
 
Gürcüstan Azərbaycana $7 mln 780 min məbləğində mal-qara ixrac etdiyi bildirir. Azərbaycan gömrüyü bu məbləğin $757 min olması barədə məlumat verir.
 
Bu ilin I yarısında Azərbaycan Gürcüstana $555,6 min (Azərbaycanın Gömrük Komitəsi) məbləğində gips ixrac edib. Gürcüstan gömrüyü bu malı (36,9 min ton) $5,1 mln qiymətləndirir. 

Google+ WhatsApp ok.ru