Gürcüstanlı gənclərdən Həzrəti İsa(ə) və İmam Mehdi(ə) ilə bağlı möhtəşəm sosial çarx

Klipin çəkilməsində əsas məqsəd iki dinin gəncləri arasında birliyin və sevginin yaradılması olub. Klipdə xristian və müsəlmanlığın ortaq məxrəci olan sloqanlar da yer alıb. Bura Allahın birliyi, İsa(ə) peyğəmbərə və həzrəti İmam Məhdiyə(ə) sevgi və onların yolunu gözləməklə bağlı sloqanlar daxil olub.  
 
Xatırladaq ki, klip Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və onun nəzdində fəaliyyət göstərən İmam Əli(ə) Xeyriyyə Fondunun maddi dəstəyi ilə ərsəyə gəlib.
 
Qısa metrajlı sosial çarxın ideya və ssenari müəllifi isə gənc jurnalist və tələbə Ceyhun Narzalova məxsusdur.(interaz)

Google+ WhatsApp ok.ru