Gürcüstanlı imam cümə maraqlı tarixi fakt açıqlayıb

İmam Əli (ə) məscidində Gürcüstan “Əhli-Beyt (ə)” cəmiyyətinin sədri Hacı Rasim Məmmədovun imaməti ilə cümə namazı qılınıb. Xütbəsində İmam cümə Hacı Rasim Gürcüstanda İmam Hüseynə (ə) əza saxlamağın tarixindən və Gürcüstanda ilk əza saxlayan şəxsin Peyğəmbər səhabəsi Salman ibn Rəbieyi Bahili olduğunu açıqlayıb. Hacı Rasim vurğulayıb ki. tarixi dəlillərə əsasən Gürcüstanda ilk əza məclisi miladi 646-647 tarixlərinə təsadüf edir.
İmam cümə Peyğəmbər səhabəsi Salman ibn Rəbieyi Bahili İmam Hüseyn (ə) və onun qiyamı haqda, eyni zamanda Peyğəmbərin (s) İmamın (ə) daim yanında olma tapşırığı haqda hədis nəql edib.
İmam cümə birinci xütbəsinin sonunda müsəlmanların dövrün İmamının (ə) daim əlindən yapışmağa çağırıb və buyurub ki, batil bir mühitdə yaşayıb-dolaşdığımız zaman bilsinlər ki, biz haqq İmamın (ə) yavəriyik. Çünki İmam Hüseyn (ə) zamanında olduğu kimi indidə haqq və batil tərəf var.
 

Google+ WhatsApp ok.ru