Gürcüstan müsəlmanlarının təşkilatçılığı ilə Marneuli şəhərində Tasua günü münasibəti ilə möhtəşəm yürüş keçirildi (Video) 23 Oktyabr 2015 01:00 Məhərrəmlik Hər il olduğu kimi bu ildə Gürcüstan müsəlmanlarının təşkilatçılığı ilə Marneuli şəhərində Tasua günü münasibəti ilə möhtəşəm yürüş keçirildi. Ölkənin müxtəlif bölgələrindən gəlmiş din xadimləri, dindarlar və adi müsəlmanların geniş iştirakı ilə baş tutan yürüşdə mərsiyələr oxundu və İslami şüarlar səsləndirildi. Əhli-Beyt (ə) Cəmiyyətindən başlayıb İmam Əli (ə) məscidində başa çatan yürüşün sonunda İmam Riza (ə) mədrəsəsinin müdiri Haci Əziz Nəbizadə çıxış edərək vəhdət və birlikdən, həmçinin Tasua yürüşünün İmam Hüseyn (ə)-a kömək olduğundan danışıb. Daha sonra cümə namazı qılınıb. Teqlər : #Gürcüstan müsəlmanlarının təşkilatçılığı ilə Marneuli şəhərində Tasua günü münasibəti ilə möhtəşəm yürüş keçirildi (Video), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Hüseyn (ə) əzadarları Kərbəlada - FOTO Hacı Fariz - Məhərrəm töhfələri 8 - AUDİO