Gürcüstanın azərbaycanlı din xadimi DTX-yə çağırıldı

Gürcüstanın azərbaycanlı din xadimi DTX-yə çağırıldı

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

 
Maide.Az "Report"a istinadən xəbər verir ki, onunla yanaşı, Marneulidəki İmam Əli məscidi fondunun sədri və bir neçə üzvü də DTX-yə sorğu-suala dəvət olunub.
 
Gürcüstanın İnsan Haqlarının Tədrisi və Monitorinqi Mərkəzindən (EMC) bildirilib ki, həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə istintaq aparılır. İstintaqın digər detalları barədə məlumat təqdim olunmayıb.
 
EMC-dən qeyd olunub ki, M.Əsədov ötən gün “Mtavari arxi” televiziya kanalına müsahibəsində Gürcüstanın teokratik deyil, dünyəvi ölkə olduğunu deyib. Jurnalistin hökumətin kilsələri bağlamamaqla bağlı qərarına münasibət bildirən din xadimi o zaman Ramazan ayında məscidlərin açılacağını bildirib: “Baş nazirin buna necə münasibət göstərəcəyinə baxarıq”.