Gürcüstanın Batumi şəhər şurası məscid tikilməsinə maneə yaradır

Gürcüstanın Batumi şəhər şurası məscid tikilməsinə maneə yaradır

Gürcüstan müsəlmanların sıx yaşadığı Batumi şəhər şurası bu şəhərdə müsəlmanlar üçün ikinci məscidinin tikilməsinə maneə yaradır. 
 
Maide.Az xəbər verir ki, Gürcüstanın Batumi şəhər əhalisinin çoxunu müsəlmanlar təşkil edir. Bu şəhərin qədimdən qalma bir məscidi vardır. Məscid 1886-cı ildə Aslan Bəy ailəsi tərəfindən tikilmişdir. Bu məscidin ümumi sahəsi balaca olduğu üçün hazırda Cümə namazına toplaşanlar üçün problemlər yaranır.  Cümə namazlarında insanlar yayın istisi və qışın soyuğunda məsciddən çöldə namaz qılmağa məcbur olur.
 
Batumi müsəlmanları on illərdir ki, bu şəhərdə ikinci bir məscidin tikilməsi üçün çalışır. 2016-cı ilin Sentyabr ayında müsəlmanlar məscid tikmək üçün torpaq sahəsi aldılar. Amma onların məscid tikmək üçün müraciəti şəhər şurası tərəfindən "islamofob" və "ayrı-seçkilik" edən bir formada qəbul edilmir. 
 
Gürcüstan müsəlmanların hazırkı sayı ümumi əhalinin 9.9 % elan edilib və bu da 463062 nəfər deməkdir.
 
Gürcüstan parlamenti 2011-ci ildə ölkə müsəlmanlarının dörd məzhəbini dini azlıqlar kimi rəsmi tanınması barədə layihə qəbul edib. (iqna)

Google+ WhatsApp ok.ru