Gürcüstanın Borjomi kurortunu su basdı

Gürcüstanın Borjomi kurortunu su basdı

Bu gecə müşahidə olunan güclü dolu və leysan nəticəsində Borjomi şəhərində küçə və binaları su basıb, kənd təsərrüfatına zərər dəyib.
 
Yerli administrasiyadan bildiriblər ki, navalçalar və kanallar böyük su axınının qarşısını ala bilməyib, nəticədə mərkəzi küçələr, binalar və yaşayış evlərinin birinci mərtəbələrini su basıb, ağaclar aşıb və avtomobillərə ziyan dəyib.
 
Gürcüstan teleşirkətlərinin məlumatına görə, düşən dolu Borjominin yaxınlığında yerləşən kəndlərə də ziyan vurub.
 
Qori rayonunda meyvə bağları və məhsul tamamilə məhv olub.("Report")
 

Google+ WhatsApp ok.ru