GürcüstanınQardabani şəhərində mövlud keçirilib- FOTO

Ötən gün Gürcüstanın Qardabani şəhərində Həzrət Mehdinin (ə) təvəllüdü ilə bağlı bayram tədbiri keçirildi. Tədbirdə din xadimləri və ətraf rayon və kəndlərdən  dəvət olunan inanclı insanlar iştirak etdi.

Maide.Az xəbər verir ki, əvvəlcə Qurandan bir neçə ayə tilavət olundu.  Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və qonaq olan digər din alimləri  çıxış edərək zamananın İmamı və xilaskarı Hz. İmam Mehdinin qeybdə olmasının və intizarın mahiyyət və fəzilətləri və eyni zamanda imamın həqiqi yolunu gözləyənlərin vəzifələri haqda söhbət etdilər. Çıxışlar arası bayram tədbirində iştirak edən Əhli-Beyt (ə) məddahi imamın və  Əhli-Beytin (ə) şəninə şer və ilahilər səsləndirdi.
Sonra bir ay öncə Xanım müəllimələrin tələbələri arasında keçirilən Quran müsabiqəsinin qaliblərinə və qaliblərin müəllimələrinə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Qurani-Kərim, qiymətli hədiyyələr və təqdirnamələr təqdim edildi. Həmin məqamda Qiyabi dini təlim kursunu bitirən oxuculara da daxili sertifikat və hədiyyələrlə  mükafatlandırıldılar.
Sonda bayram süfrəsi ətrafına təşkil olunan tədbir İmam Zaman (ə) duası oxunmaqla sona çatdı.
Qeyd edək ki, neçə gündür ki, Gürcüstanın bir çox bölgələrində digər məsumların viladət günləri kimi Həzrət İmam Zamanın (ə) da mövludu böyük sevinc və şadlıqla qeyd olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru