Gürcüstanın yeni baş naziri məlum olub

Gürcüstanın yeni baş naziri məlum olub

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.
 
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib. 
 
Qeyd edək ki,  Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının iclası keçirilib.
 
Partiyanın baş qərargahında keçirilən toplantıya partiyanın sədri Bidzina İvanişvili rəhbərlik edib.
 
İclasda ölkənin baş naziri vəzifəsinə namizəd və hökumət dəyişiklikləri müzakirə olunub.
 
Siyasi Şuranın toplantısından sonra hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun iclası keçiriləcək. İclasda hökumət dəyişiklikləri ilə bağlı yekun qərar qəbul ediləcək.
 
Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edib. 
 

Google+ WhatsApp ok.ru