Gürcüstan paytaxtı işıqsız qalıb - YENİLƏNİB

Gürcüstan paytaxtı işıqsız qalıb - YENİLƏNİB

Tiflis və Rustavi şəhərlərinin elektrik enerjisi ilə təchizatı tezliklə bərpa olunacaq.
 
Bu barədə “İnfo Rustavi” agentliyinə “Elektrik sistemləri” Dövlət Xidmətindən bildiriblər.
 
Qeyd olunub ki, Ermənistanla sərhəddə yerləşən elektrik verilişi xətlərində problem yaranıb. Bu üzdən yuxarıda qeyd olunan şəhərlərin abonentləri işıqsız qalıb. 
 
Elektrik enerjisi təchizatının bərpası mərhələli şəkildə olacaq.
 
 
*** 17:25 
 
Gürcüstan paytaxtı Tiflis işıqsız qalıb.
 
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb.
 
Eyni zamanda Tiflisdən 25 kilometr aralıda yerləşən Rustavi şəhəri də işıqsız qalıb.
 
“Elektrik sistemləri” Dövlət Xidmətindən “İnfo Rustavi” agentliyinə bildiriblər ki, hadisənin səbəbləri araşdırılır.
 
Elektrik enerjisi təchizatının nə vaxt bərpa olunacağı bəlli deyil. /

Google+ WhatsApp ok.ru