Gürcüstan Ruhanilərinin Hacı Sərdar Hacıhəsənli və digər din alimlərinin həbsi ilə bağlı bəyanatı

Gürcüstan Ruhanilərinin Hacı Sərdar Hacıhəsənli və digər din alimlərinin həbsi ilə bağlı bəyanatı

Gürcüstan Ruhanilərinin Hacı Sərdar Hacıhəsənli və digər din alimlərinin həbsi ilə bağlı bəyanat yayıb. 
 
Maide.Az-a daxil olan bəyanatı təqdim edirik : 
 
Bağışlayan və mehriban Allahın adı ilə
 
"Son illərdə Azərbaycan Respublikasında din xadimlərini dövlətçiliyə qarşı təhlükəli şəxslər kimi qələmə vermək hallarının şahidi oluruq. Hesab edirik ki, əhalisinin böyük bir hissəsi müsəlman olan Azərbaycanda  ruhaniləri gözdən salmaqla dövlət və inanclı xalq arasında münasibətlərin pozulmasında, maraqlı olan qüvvəllər var. 
 
Hal-hazırda dünyada İslam adına fəaliyyət göstərən radikal qruplaşmaların fəsad törətdiyi bir zamanda, digər bir tərəfdən isə onları əsas gətirərək İslamafobiyanın və İslam düşmənçiliyinin yürüdüldüyü vaxtda sağlam və ənənəvi İslamın təlim və təbliği ilə məşğul olan, Azərbaycan gəncliyini mənəvi paklıq və dürüstlüyə yönəldən din alimlərinin bir müsəlman ölkəsində təhsil almaq, dini ayin və mərasimləri icra etmək (Cümə namazı qılmaq) kimi suçlamalarla və müəyyən dini bir zəruri əhkam və məkanların müdafiəsinə qalxdıqlarına görə həbs olunmaları doğru deyildir.
 
Hesab edirik ki, belə hallar İslam Mədəniyyəti paytaxtı seçilən və hal hazırda İslamiadaya (İslam Həmrəyliyi Oyunlarına)  ev sahibliyi edən Azərbaycanın imicinə ləkə gətirəcək, Onu  beynəlxalq insan haqlarını müdafiə təşkilatları qarışısında qoymaqla yanaşı inanclı vətəndaşların güvəncsizliyinə səbəb olacaqdır.
 
Biz Gürcüstan Ruhaniləri olaraq uğuruna və tərəqqisinə sevindiyimiz Azərbaycan dövlətinin aidiyyatı qurumlarına müraciət edərək bildiririk ki, belə haqsız həbslərin və təqiblərin qarşısı alınsın!
 
Gürcüstanın Ruhaniləri Heyəti"

Google+ WhatsApp ok.ru