Görüş şövqü

Görüş şövqü

İmam Səccad (ə) buyurur: "Aşura günü İmam Hüseynin (ə) işi çətinləşdiyi zaman, ətrafdakılar gördülər ki, hər kəsin üzünün rəngi qaçdığı və hamı qorxduğu halda İmam (ə) və onun xas tərəfdarlarının siması nur saçır, canları dincdir, qəlbləri hər an daha da aramlaşır." Bəziləri digərlərinə deyirdi: "Onlara nəzər salın, ölümdən qorxuları yoxdur." Bu zaman İmam (ə) buyurdu:

صَبْراً بَنِي الْكِرَامِ، فَمَا الْمَوْتُ إِلَّا قَنْطَرَةٌ يَعْبُرُ بِكُمْ عَنِ الْبُؤْسِ وَ الضَّرَّاءِ إِلَى الْجِنَانِ الْوَاسِطَةِ وَ النَّعِيمِ الدَّائِمَةِ، فَأَيُّكُمْ يَكْرَهُ أَنْ يَنْتَقِلَ مِنْ سِجْنٍ إِلَى قَصْ، وَ مَا هُوَ لِأَعْدَائِكُمْ إِلَّا كَمَنْ يَنْتَقِلُ مِنْ قَصْرٍ إِلَى سِجْنٍ وَ عَذَابٍ، إِنَّ أَبِي حَدَّثَنِي عَنْ رَسُولِ اللَّهِ ( صلى الله عليه و آله): أَنَّ الدُّنْيَا سِجْنُ الْمُؤْمِنِ وَ جَنَّةُ الْكَافِرِ، وَ الْمَوْتُ جِسْرُ هَؤُلَاءِ إِلَى جِنَانِهِمْ، وَ جِسْرُ هَؤُلَاءِ إِلَى جَحِيمِهِمْ
 

“Ey böyük şəxsiyyət olaraq doğulanlar! Səbirli olun! Ölüm yalnız sizi çətinliklərdən geniş olan cənnətlər və əbədi nemətlərə doğu aparan bir körpüdür. Sizlərdən hansı biri zindandan qəsrə köçmək istəməz? Amma ölüm düşmənləriniz üçün saraydan zindana və şiddətli əzaba doğru getməkdən başqa, digər bir şey deyil. Atam Allah Rəsulunun (s) belə buyurduğunu nəql etmişdir: "Dünya möminin zindanı və kafirin Cənnətidir. Ölüm möminləri Cənnətə, kafirləri isə Cəhənnəmə aparan körpüdür."

Sonra İmam (ə) sözlərinə belə əlavə etdi:

مَا كَذَبْتُ وَ لَا كُذِبْتُ

"Vədə olunmuş an gəlib çatdı. Nə yalan demişəm, nə də mənə yalan deyilib!" ("Məanil-əxbar", Şeyx Səduq, səh.288-289, hədis 3.)

Ölümə təbəssüm etmək, şəhadət astanasında simaların parlaq olması və həyatın son anlarında qəlblərin aramlığı yalnız Məşuqla görüşmək şövqündə olan, dünyanı zindan və qəfəs hesab edən kəslərin xüsusiyyətləridir. Şəhadət Allahın razılığı yolunda onun (qəfəsin) qapılarını açır və şəhidləri Allaha yaxın səmanın ən yüksək yerlərinə yüksəldir.

Bəli, məhbus insan öz azadlığı ərəfəsində bir yerdə qərar tuta bilmir və şövqlə qarışıq olan aramlıqla zindanı tərk edir. Qəfəsin içindən çölə çıxaraq Cənnətdə yer tutur və şadlıq nəğmələri söyləyir. Bəli, Allahın xas övliya və dostlarının halı belədir! ("Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.829-830.)

Maide.az

Google+ WhatsApp ok.ru