Guardian: “İngiltərənin əli Yəmən xalqının qanına bulaşıb”

Guardian: “İngiltərənin əli Yəmən xalqının qanına bulaşıb”

"Guardian" qəzetinin yazarı Oven Cons (Owen Jones) Səudiyyə Ərəbistanı rejiminin Yəmən xalqına qarşı törətdiyi cinayətlərdə İngiltərənin də əli olduğunu açıqlayıb.
 
Oven Cons yazır: “Dünyanın hər yerində mülahizə etsəniz görəcəksiniz ki, əlinə qələm və kağız alan azyaşlı uşaq heç zaman ölən insanların və bomba şəkili çəkmir. Ancaq Afrikanın şimalında yerləşən ölkələrin birində, qaçqınlar düşərgəsində yəmənli uşaqlar və onların çəkdiyi rəsmlər məni şoka saldı...
 
Rəsmlərin birində hərbi təyyarələrin dinc əhalinin üzərinə bomba yağdırdığının, ölən və yaralanan insanların isə ətrafa səpələndiyinin, bir uşağın isə kənarda əyləşib göz yaşı tökməsinin şahidi oldum”.
 
Cons qeyd edir: “İki illik müharibə Yəməndə 10 mindən çox dinc əhalinin ölümünə səbəb olub və hazırda bu ölkə insani böhranla üz-üzədir”.
 
“Təcavüzkar Səudiyyə rejiminin başçılığı ilə qurulan koalisiya Yəməndə qırğın edilən əhaliyə görə birbaşa cavabdehdir. Burada İngiltərənin istehsal etdiyi qadağan olunmuş silahlardan dinc insanlara qarşı istifadə olunur. İngiltərədə keçirilən sorğulara əsasən bu ölkə əhalisinin 32-i Səudiyyə rejiminə silah satılmasının əleyhinədir”, -deyə "Guardian" qəzetinin yazarı bildirib. (faktxeber) /

Google+ WhatsApp ok.ru