Göyçayda canavarlar 40-dan çox qoyunu parçalayıb - FOTO

Göyçayda canavarlar 40-dan çox qoyunu parçalayıb - FOTO

Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.
 
Hadisə rayonun Ləkçiplaq və Qızılağac kəndlərində qeydə alınıb.
 
Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-u parçalayaraq tələf edib, 18-i isə ağır yaralayıb. Həmçinin, yırtıcı heyvanlar Ləkçiplaq kənd sakini Ramiz Yusifova məxsus tövləyə hücum edərək oradakı 23 baş qoyundan 6-nı öldürüb, 9-u yaralayıb.
 
Xəsarət alan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılıb. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.
 
Qeyd edək ki, ötən həftə canavarlar Ləkçiplaq kənd sakini Şirvan Kərimova məxsus 7 baş qoyunu parçalayaraq tələf etmiş, 4-ü yaralamışdı. (apa) /
 
goycayda canavarlar 40 dan cox qoyunu parcalayib
 
goycayda canavarlar 40 dan cox qoyunu parcalayib
 
goycayda canavarlar 40 dan cox qoyunu parcalayib
 
goycayda canavarlar 40 dan cox qoyunu parcalayib

Google+ WhatsApp ok.ru