Göyçayda faciə: 23 yaşlı oğlan şəhərin mərkəzində həyatını itirib

Göyçayda faciə: 23 yaşlı oğlan şəhərin mərkəzində həyatını itirib

Göyçay şəhərinin mərkəzində bayram günü faciə yaşanıb.
 
ONA-nın yerli bürosunun xəbərinə görə hadisə ötən gün axşam saat 20:00 radələrində Göyçay şəhərinin Nərimanov küçəsində qeydə alınıb.
 
Rayon sakini, inanclı Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən "Oskar" marketin qarşısındakı irigövdəli cinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.
 
O, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən 1996-cı il təvəllüdlü Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
 
 
Qeyd edək ki, ötən həftə Göyçay şəhərinin mərkəzində irigövdəli başqa bir çinar ağacı aşaraq avtomobil yolunu bağlamışdı. Həmin hadisə zamanı evlərə və insanlara ziyan dəyməmişdi. Rayon sakinləri Göyçayda quruyaraq insanlar üçün böyük təhlükə yaradan bu cür çinar ağaclarının çox olduğunu bildirirlər.

Google+ WhatsApp ok.ru