Göyçayda sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd edib

Göyçayda sakinlər su problemi ilə bağlı yolu bağlamağa cəhd edib

Göyçay rayonunda bir qrup sakin yolu bağlamağa cəhd edib.
 
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Göyçay rayonu Çərəkə kəndinin bir qrup sakini su problemi ilə əlaqədar Göyçay-Ucar avtomobil yolunu bağlamağa cəhd ediblər: 
 
“Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal cəhdin qarşısı alınıb, yolda nəqliyyatın hərəkəti tam bərpa edilib. Onlarla aparılan izahedici söhbətlərdən sonra sakinlər evlərinə qayıdıb, lakin onlardan 3 nəfər karantin rejimi qaydalarını pozduğu üçün şöbəyə gətirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib”.
 
 
 

Google+ WhatsApp ok.ru