Göyçaylı ruhani 2 min manat cərimə olundu

Göyçaylı ruhani 2 min manat cərimə olundu Quran dərsi dediyi üçün ruhani Hacı Adil Əhmədov 2 min manat cərimə edilib . Bu gün Göyçay Rayon Məhkəməsində ruhani Hacı Adil Əhmədovun məhkəməsi keçirilib. Bu barədə ruhaninin yaxınları məlumat verib.

Saat 12.00 radələrində keçirilən məhkəmə prosesində hakim ruhaninin cərimə edilməsinə qərar verib. Beləliklə quran dərsi dediyi üçün ruhani Hacı Adil Əhmədov 2 min manat cərimə edilib.

Qeyd edək ki, 2013-cü il məhərrəmlik ayında Göyçay Əbəlfəzl-Abbas (ə) məscidində dindarlar İmam Hüseynin (ə) şəhadətindən bəhs edən şəbeh göstərdiklərinə görə yerli ruhani Hacı Adil Əhmədov MTN-ə çağırılıb. Orada ruhaniyə qarşı kobud və təhqiramiz ifadələr söylənib.

Göyçay dindarlarının verdiyi məlumata görə, Hacı Adil Əhmədov Quran dərsi təşkil etdiyinə görə, MTN-nin Göyçay şöbəsinə və rayon polis bölməsinə çağırılıb. Daha sonra onun barəsində məhkəməyə müraciət də edilib./Cenubnews.com

Google+ WhatsApp ok.ru