Göygöldə sel bir nəfəri aparıb

Maide.az-ın məlumatına görə, Göygöl rayonuna yağan güclü leysan bir nəfərin həyatına son qoyub. Göygöl rayon İcra Hakimiyyətindən bildirilib ki, buna səbəb rayonun dağlıq ərazisinə yağan güclü leysan olub: "Beləliklə, Gəncə çayında suyun səviyyəsini artıb. Nəticədə çayın Zurnabad kəndi istiqamətində olan keçidini su aparıb. Çayın kənarında olan yeməkxanalardan birinin su ilə dolması nəticəsində orada mühafizəçi işləyən Topalhəsənli kənd sakini, 1942-ci il təvəllüdlü Hidayət Cəfərov boğularaq ölüb".
 
Təbii fəlakət nəticəsində həmçinin  rayonun 6 yaşayış məntəqəsinə gedən elektrik dirəkləri aşıb və kəndlər enerjisiz qalıb, rayonun kənd təsərrüfatı və yol infrastrukturuna ciddi ziyan dəyib.
 
Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Google+ WhatsApp ok.ru