Göygöldə qəza: 7 nəfər xəsarət aldı

Göygöldə qəza: 7 nəfər xəsarət aldı

-- . Qəza nəticəsində xəsarət alan 2 uşağa ...

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun "Stansiya Qızılca" ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
 
Xəsarətlər alan Daşkəsən rayon sakinləri - 1964-cü il təvəllüdlü Əliyeva Pakizə, 1987-ci il təvəllüdlü Əliyeva Esmira və ağır xəsarət alan Vəsilə Verdiyeva və Rövşən Verdiyevdir.
 
Daha bir ağır yaralı özəl xəstəxanaya aparılıb.
 
Qəza nəticəsində xəsarət alan 2 uşağa isə ambulator tibbi yardım göstərilib.
 

Google+ WhatsApp ok.ru