Göygöl rayon sakini məhkəmə binasında özünü bıçaqlayıb 30 İyul 2015 01:00 Hadisə Azərbaycanın Göygöl rayon sakini özünü bıçaqlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl rayon Məhkəməsində qeydə alınıb. Rayonun Çaykənd kənd sakini, 1991-ci il təvəllüdlü Məhəbbət Uğurliyev Göygöl rayon Məhkəməsinin icra qrupuna çağırılaraq, 700 manat aliment borcu olduğu və pulu ödəmədiyi təqdirdə barəsində hüquqi tədbir görüləcəyi bildirilib. Bu zaman M. Uğurliyev bıçaqla özünə xəsarət yetirib. Qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən M. Uğurliyevin vəziyyətinin orta ağır olduğu bildirilir Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Teqlər : #Göygöl rayon sakini məhkəmə binasında özünü bıçaqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Özünü yandıran qaçqına görə cinayət işi açıldı Mebel sexində yanğın: 25 nəfər diri-diri yandı