Gözdən əlillər arasında Beynəlxalq Quran Yarışlarında qaliblərin adları açıqlandı

İslam dünyasında "Qəlbinurların (gözdən əlillərin)  Beynəlxalq Quran Yarışların”da hifz üzrə ilk tur keçirildi və qaliblərin adları elan edildi. 
 
Maide.Az  xəbər verir ki, İran İslam Respublikası Beynəlxalq Quran Yarışlarının 33-cü turunun keçirilməsi ilə eyni vaxtda "Qəlbinurların Beynəlxalq Quran Yarışları"nın ilk turu keçirilib və Quranın bütün surələrinin hifzi üzrə qaliblərin adları elan edilib.
 
Birinci yeri İran İslam Respublikasının təmsilçisi Əbdül-Qəfur Cövhərçi, ikinci yeri Türkiyəli Ahmet Sarikaya və üçüncü yeri Tunisli yarışçı Sabrin Məhəmməd Zəibi tutdu. 
 
Qeyd edək ki, Tehranın "Böyük Müsəlla"sında Quran-Kərimin kamil hifzi üzrə keçirilən "Qəlbinurların Beynəlxalq Quran Hifzi Yarışları"nın ilk turu təkmərhələli keçirildi və bu turun qalibləri bu gün, 33-cü turun qalibləri ilə eyni zamanda yekun mərasimində mükafatlandırılacaqlar.
 
Bunu da qeyd etmək istərdik ki, gözdən əlil insanlara hörmət əlaməti olaraq "kor" və ya "gözdən əlil və qüsurlu" sözünün əvəzinə "qəlbinur"  (qəlbi nurlu insanlar) sözündən istifadə edilir.  
 

Google+ WhatsApp ok.ru