Güzgü yol qəzalarının qarşısını alır?

Güzgü yol qəzalarının qarşısını alır?

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb. Avtomobillərin hərəkəti də bu güzgü vasitəsi ilə tənzimlənir.
 
«Report»un xəbərinə görə, ideya kənd sakini Qabil Mahmudova məxsusdur.
 
Xəbərdə qeyd edilir ki, kənd sakini bu addımı yol qəzalarının qarşısını almaq məqsədilə atdığını bildirir: «Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar», - deyə Q.Mahmudov bildirib.
 
Kənd sakini hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı halda onu daha böyüyü ilə əvəz edəcəyini söyləyib.
 
Məsələyə, Dövlət Yol Polisinin münasibəti, hələlik, bəlli deyil.
 

Google+ WhatsApp ok.ru