Gözlənilən gün gəldi çatdı - Avtovağzal bu gün açılır

Bu gün Bakı Metropoliteninin bənövşəyi xəttinin iki stansiyası açılır. 
 
Maide.az-ın məlumatına görə, “Avtovağzal” və “Memar Əcəmi” stansiyası sərnişinlərin istifadəsinə veriləcək. 
 
Qeyd edək ki, “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı. “Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. 
 
Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. 
 
“Avtovağzal” stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. 
 
İki yeni stansiyanın açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.

Google+ WhatsApp ok.ru