Gözləri görməsə də 25 ildir Quran tədris edir

Gözləri görməsə də 25 ildir Quran tədris edir

Türkiyənin Quran təlimçisi, Əxlaq və İlahiyyat müəllimi Mümmər Özübəy anadangəlmə kor olmasına baxmayaraq 25 ildir ki, özü kimi görmə qüsuru olanlara "Bril" əlifbasının köməyi ilə Quran tədris edir.
 
Maide.Az xəbər verir ki, Müəmmər Özübəy Türkiyənin "Qaziyantəpə" şəhərində anada olmuşdur. Onun gözləri anadangəlmə qüsurludur, görmür. Bununla belə orta məktəb təhsilini anadan olduğu şəhərdə başa vurduqdan sonra Quniyə şəhərində "Səlcuq Universiteti"nə qəbul oldu. Ali təhsili bitirdikdən sonra Qaziyantəpədə görmə qüsuru olanlara məxsus məktəblərdə Quran, İlahiyyat və Əxlaq dərslərini tədris etməyə başladı və indi də bu sahədə çalışır.
 
Fiziki gözləri görməsə də qəlb gözü ilə görənlərə 25 ildir Quran tədris edən Müəmmər Özübəy deyir: Türkiyənin "Fətva Evi" bu işi mənə təklif etdiyi vaxt canla-başla qəbul etdim. Çünki elə universitet oxuduğum zamandan bu fikirdə idim ki, görmə qüsuru olanlara Quran- Kərimi oxumağı öyrədim. Buna görə də Quran müəllimi işləməyim mənim üçün çox dəyərli və zövqvericidir.
 
O əlavə edib: 2007-ci ildən indiyədək Qaziyantəpədə görmə qüsuru olanlar üçün 8 dövrə Quran- Kərim kursları təşkil etmişəm. Bu kurslarda onlarla görmə qüsuru olan insanlar Quran-Kərim oxumağı öyrəniblər. Mən bunu özüm üçün böyük uğur hesab edirəm.
 
Türkiyənin Quran təlimçisi Mümmər Özübəy müsahibəsinin davamında görmə qüsuru olanlar üçün Quran-Kərim dərnəyi təsis etdiyini də vurğulayıb ki, bu dərnək 6 ildir fəaliyyət göstərir. Dərnək görmə qüsuru olanların Quran-Kərimi öyrənməsi üçün münasib şərait yaradılması məqsədilə təsis edilib. (iqna)
 
 
 

Google+ WhatsApp ok.ru