Gözümüz niyə səyirir?

Göz səyirməsinin səbəbləri arasında ən çox rast gəlinənlərdən biri göz təzyiqinin qəfildən düşməsidir.
 
Göz səyirməsi insanların bədənlərində olan göz əzələlərinin qəfildən sıxılması nəticəsində ortaya çıxır. Göz səyirməsinin birdən çox səbəbi var. Bunlardan ən başlıcası fəsil dəyişikliyidir. Yorğunluq və stres də buna səbəb ola bilər.
 
Göz səyirmələri bəzən bir neçə dəqiqə davam edir. Bəzən isə günlərlə və ya həftələrlə davam edə bilər. Əgər uzun zaman davam edərsə o zaman göz həkiminə gedərək müalicə olunması vacibdir. Uzun müddətli göz səyirməsinə göz qişasının iltihablanması da səbəb ola bilər. Bu prosses uzun müddət davam edərsə və həkimə gedərək müalicə olmasanız göz qapağının bağlanmasına səbəb olacaq.
 
Belə bir vəziyyətdə isə müalicəsi daha çətin olacaq. Göz səyirməsində əhəmiyyətli olan faktorlar:
 
1. Stres. Stresli bir iş yerində işləyirsizsə və ya stresli həyatınız varsa, o zaman bədəninizin böyük bir hissəsi bu stresdən təsirlənəcək. Stres göz səyirməsinə səbəb olduqda isə özünüzü sakitləşdirməli və stresdən uzaq durmalısız.
 
2. Kofein və spirtli içki. Kofein və spirtli içki sinir sisteminə çox pis təsir etdiyi üçün həddən artıq kofe və spirtli içki içən insanlarda göz səyirməsi daha çox müşahidə olunur.
 
3. Vitamin əksikliyi. Göz səyirməsinə səbəb olan ən vacib səbəblərdən bir maqnezium azlığıdır. D vitamini və B12 vitaminin azlığı da buna təsir edir.
 
4. Göz quruluğu. Göz səyirməsinin səbəbləri arasında olan göz qurululuğu uzun müddət komputerə baxmaq, kitab oxumaq, linza taxmaq kimi səbəblərdən baş verir. Davamlı şəkildə komputerə baxmaq, həddən artıq diqqət verməli olduğumuz işlər görmək, kitab oxumaq, günəş eynəklərindən istifadə etmək kimi səbəblər göz yorğunluğuna, bu da öz növbəsində göz səyirməsinə səbəb olur.
 
5. Göz allergiyası. Göz allergiyası olan insanlar diqqətli olmazsa bu sonda göz səyirməsinə səbəb olacaq.
 
Göz səyirməsi çox zaman qısa olur. Bir neçə dəqiqə davam edən göz səyirməsinin səbəblərini müasir tibb çox araşdırmayıb. Əgər belə bir probleminiz varsa və bu sizi narahat edirsə, o zaman gözününzə buz qaymaqla qarşısını ala bilərsiniz.
 
Göz səyirməsi ilə bağlı xalq arasında bəzi inanclar da var. Sağ gözünüz səyirirsə şans ya da uğurlu olacağınız, sol gözdə isə uğursuzlu şəklində şərh edilir.(İnterAz)

Google+ WhatsApp ok.ru