Göz xərçənginin halları artıb. Hər kəs təhlükədədir!

Göz xərçənginin halları artıb. Hər kəs təhlükədədir!

Alimlərin müşahidələrinə görə son 30 il ərzində göz xərçənginin halları kəskin artıb. Əvvəllər bu xəstəlik çox nadir sayılırdı.

Lakin hal hazırda statistikaya görə bu qorxulu xəstəlik hər 100 000 nəfər insanın 7-də aşkar olunur. Alimlərin fikrinə görə, bunun səbəbi təbii işıqlanmanın az olması və güclü ultrabənövşəyi şüalanmadır.

Müasir insanlar günün bir çox hissəsini qapalı yerlərdə (ev, ofis) keçirir və bu gözlərin sağlamlığına çox mənfi təsir edir - gözlərin gün şüalarının təsirinə olan davamlılığını azaldır, gözləri zəiflədir. Digər tərəfdən yay aylarında insanların əksəriyyəti dənizdə dincəlməyi seçir və günün bir çox hissəsini çimərliklərdə keçirir. Gün şüalarını "yadırqamış" gözlər birdən birə güclü şüalanmaya məruz qalır ki, bu da göz xərçənginin riskini xeyli artırır.

 

Göz xərçənginin risk faktorları:

- yaş (60 yaşdan sonra bu xəstəliyə daha tez-tez rast gəlinir)

- göy və yaşıl gözlər və günəş şüalarına həssas ağ dəri

- gün ərzində 1 saatdan az açıq havada vaxt keçirmək.

Alimlərin fikrinə görə, kompüterlər və qacetlər göz xərçənginin riskini artırmır.

 

Göz xərçənginin simptomları:

- gözün rənginin dəyişilməsi

- göz bəbəyinin formasının dəyişilməsi

- görmənin pozulması

- göz qapaqlarında şişlər

- gözdə qansızma və s.

Oftalmoloqlar gün ərzində ən azı 1 saat açıq havada olmağı və mövsümdən asılı olmayaraq günəşli havada gün eynəklərindən istifadə etməyi tövsiyə edirlər. Gün eynəklərində gözləri günün mənfi təsirindən qorumaq üçün UB-filtr olmalıdır. Oftalmoloqlar üzərində UV400 yazılan eynəkləri istifadə etməyi tövsiyə edirlər.  (saglamolun.az) /

Google+ WhatsApp ok.ru