Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA

Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA

Qeyri-sağlam qidalanma, ekoloji amillər bir çox orqanlara, o cümlədən gözlərin sağlamlığına da mənfi təsir edir.
 
Məşhur oftomoloq Elvan Yalçın Bəzi qidaların görmə keyfiyyətini artırdırdığını deyib. Onun sözlərinə görə, göz sağlamlığı üçün A, C, E vitaminləri, beta karoten ilə zəngin qidalara üstünlük vermək lazımdır: “Beta karoten və A vitamini ehtiva edən qidalar xüsusilə göz sağlamlığının tor qişasına və gözün digər funksiyalarına müsbət təsir edir”.
 
Həkim onu da vurğulayıb ki, sadəcə yerkökü yemək gözlər üçün yetərli deyil: “Qidalarda olan A vitamini və beta karoten bilavasitə göz sağlamlığı üçün faydalıdır. Lakin A vitamini anbarı olan köklə yanaşı, Omeqa 3 və 6 yağ turşuları, sink və maqnezium kimi minerallarla zəngin qidaları unutmaq olmaz. Çünki məhz onlar müəyyən yaşdan sonra gözlərin zəifləməsinə əhəmiyyətli dərəcədə mane olur”.
 
Mütəxəssis daha sonra gözlər üçün faydalı olan 6 məhsulun adını açıqlayıb: “Xüsusilə qırmızı istiot və ispanaqda olan A vitamini gözün gecə görmə qabiliyyətini və müqavimətini artırır, qaragilə və şirin kartofda olan C vitamini gözdə katarakt və makuya degenerasiya riskini minimuma endirir. Omeqa-3 yağ turşuları baxımından zəngin olan balıq tor qişasını və hüceyrə membranlarını qoruyur. Çia toxumları isə beta karoten, E və C vitaminləri sayəsində makuya degenerasiyanı qarşısını almağa yardım edir”. (Publika.az)
 

Google+ WhatsApp ok.ru