Göyçayda avtobus yanıb - 30 sərnişin təxliyyə edilib

Göyçayda avtobus yanıb - 30 sərnişin təxliyyə edilib

Maide.Az bildirir ki, Göyçay rayonunda sərnişin avtobusu yanıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçay-Bığır marşurutu üzrə hərəkət edən 90-FD-688 dövlət nömrə nişanlı "IVECO" markalı avtobus sərnişinləri kənddən rayon mərkəzinə apararkən naməlum səbəbdən yolda yanmağa başlayıb. Avtobusun mühərrikində başlayan yanğın qısa müddətdə salona keçib.
 
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
 
Təxliyə işlərinə ətrafındakı insanlar da yardım edib.
 
Hadisə baş verən an nəqliyyat vasitəsində 30 sərnişinin olduğu bildirilir. Onlardan heç biri xəsarət almayıb.
 
Avtobus isə tamamilə yararsız hala düşüb.
 
Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru