Göyərtilərin naməlum FAYDALARI

Göyərtilərin naməlum FAYDALARI

 
Hamı bilir ki, göyərtilər çox faydalıdır. Lakin onların əsl müalicəvi xüsusiyyətləri haqqında çoxlarımızın xəbəri yoxdur. Sizə göyərtilərin müalicəvi xüsusiyyətlərini təqdim edirik.
 
Reyhan - qan dövranını yaxşılaşdırır, nəfəs yollarını təmizləyir, qanda şəkərin səviyyəsini tənzimləyir, orqanizmi sərbəst radikalların təsirindən qoruyur, iltihabəleyhinə və qurdqovucu təsirə malikdir.
 
Kərəviz - orqanizmi onkoloji xəstəliklərdən qoruyur, göbələk və mikrobəleyhinə təsirə malikdir, həzm və mübadilə prosesləri yaxşılaşdırır, böyrəkləri təmizləyir, ürək-damar sistemi üçün faydalıdır.
 
Şüyüd - həzm sistemi üçün olduqca faydalıdır, qanda şəkərin və xolesterinin səviyyəsini tənzimləyir. Son elmi araşdırmalar sübut edib ki, şüyüd və onun toxumları güclü xərçəngəleyhinə təsirə malikdir.
 
Yaşıl soğan - antiseptik və iltihabəleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, güclü afrodiziakdır.
 
Cəfəri - böyrəklər və qan sistemi üçün çox faydalıdır, xərçəngəleyhinə təsirə malikdir.
 
Keşniş -  güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətlərə malikdir, ödemlərlə mübarizə aparır, böyrəkləri təmizləyir, orada olan duzları və qumu xaric edir.
 
İspanaq - qanın tərkibinə müsbət təsir edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısnı alır, tərkibində fol turşusunun olduğuna görə hamilə qadınlar üçün faydalıdır. (saglamolun.az) /

Google+ WhatsApp ok.ru