Göz xəstəlikləri daha çox  Sumqayıtda  yayılıb

Göz xəstəlikləri daha çox Sumqayıtda yayılıb

-- Zəifgörmə və korluq Şamaxı, Kürdəmir, Lerik və ...

«Azərbaycanda 10 illik dövr ərzində böyüklər arasında görmə orqanı xəstəliklərinin yayılmasına görə Sumqayıt şəhəri və Göyçay rayonu ön pillələrdə yer alıb».
 
Maide.Az "azadlıq.org"-a istinaədn xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bu haqda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov bildirib.
 
O vurğulayıb ki, respublika ərazisində 13 yaşadək uşaqlarda miopiya ( uzağı görməmək), böyüklər arasında isə miopiya, qlaukoma (göz təzyiqinin artması), katarakta (göz büllurunun şəffaflığının pozulması) və zəifgörmə özünü göstərir.
 
«Zəifgörmə və korluq Şamaxı, Kürdəmir, Lerik və Qax rayonlarında yaşayan sakinlər arasında daha çox yayılıb», - deyən E.Qasımov əlilliyə səbəb olan qlaukoma xəstəliyinin əhali arasında yayılmaqda olduğunu bildirib.
 
«Hazırda ölkəmizdə 22 min 256 nəfər qlaukomaya məruz qalmış xəstə var. Mərkəzdə qeydiyyatda olanların sayı 15 min 265 nəfərdir. Bölgələrdə isə bu rəqəm 914-ə bərabərdir. Xəstəliyin terminal mərhələsinin olduğu xəstələr birinci, ikinci, üçüncü qrup əlil hesab edilirlər. Onların hər hansı bir iş fəaliyyəti ilə məşğul olması mümkünsüzdür», - E.Qasımov bildirib.
 
O, katarakta xəstəliyinin də əhali arasında geniş vüsət aldığını bildirib. E.Qasımovun sözlərinə görə, həmin xəstəliyə Cəlilabad rayonunda daha çox rast gəlinir.
 

Google+ WhatsApp ok.ru