Gözəl Bayramlı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib

Gözəl Bayramlı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edilib.
 
Bunu onun vəkili Elçin Sadıqov deyib. O bildirib ki, G. Bayramlı barəsində Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib və işə yaxın günlərdə baxılacaq.
 
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə G. Bayramlı haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (apa) /

Google+ WhatsApp ok.ru