Gözəl Bayramlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib

Gözəl Bayramlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı haqqında həbs qətimkan tədbiri seçilib.
 
Bu barədə qərar Səbail rayon məhkəməsində verilib. Qərarı əsasən, G. Bayramlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Gözəl Bayramlı Gürcüstandan qayıdarkən Dövlət Sərhəd Xidməti saxlayıb və onun barəsində cinayət işi qaldırılıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatında bildirilir ki, Gözəl Bayramlının çantasından bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar edilərək, götürülüb və faktla bağlı 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb. (azadliq.info) /

Google+ WhatsApp ok.ru