Gözəl Bayramlı təcridxanada təzyiqlərə məruz qaldığını bildirib

Gözəl Bayramlı təcridxanada təzyiqlərə məruz qaldığını bildirib

-- Bu barədə onun yaxınları bildiriblər

AXCP sədrinin müavini Gözəl Bayramlı 1 saylı Kürdəxanı təcridxanasında təzyiqlərə məruz qalıb. Bu barədə onun yaxınları bildiriblər.
 
Maide.Az "contact.az"-a istinadən xəbər verir ki, aprelin 28-də G.Bayramlı Gəncə təcridxanasından Kürdəxanıdakı 1 saylı təcridxanaya gətirilib. Orada ondan əfv xahişilə müraciət yazmasını tələb ediblər. O, bundan imtina etdikdən sonra onu soyuq otaqda yerləşdiriblər və 10 saat ac-susuz saxlayıblar. Sonra qadın koloniyasına köçürüblər.
 
G. Bayramlı ruhdan düşmədiyini, heç bir təzyiqin onu yolundan döndərə bilməyəcəyini söyləyib.
 
Penitensiar Xidmətin ictmaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov G.Bayramlıya təzyiqlərin olması barədə məlumatı təkzib edərək "əsassız" adlandırıb. 

Google+ WhatsApp ok.ru