Gözəl Bayramlıya hökm oxunub - YENİLƏNİB

Gözəl Bayramlıya hökm oxunub - YENİLƏNİB

-- G. Bayramlı 3 il azadlıqdan məhrum edilib.

Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlıya açılmış cinayət işi üzrə məhkəmə yekunlaşıb.
 
APA-nın məlumatına görə, prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə G. Bayramlı 3 il azadlıqdan məhrum edilib.
 
Prokuror onun 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.
 
***
Qazax rayon Məhkəməsinə AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi keçirilib. Hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək G. Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
 
G.Bayramlının vəkili Elçin Sadıqov isə əksinə, G.Bayramlıya qarşı ittihamın saxta olduğunu bildirib, onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
 
Bu gün saat 17:30-da hökmün elan olunacağı gözlənilir.
 
Qeyd edək ki, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. (azadliq.org)
 
 
 
 

Google+ WhatsApp ok.ru