Güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib 07 Sentyabr 2017 01:00 Hadisə Qərb bölgəsində güclü külək əsib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün saat 17 radələrindən əsməyə başlayan güclü külək bır sıra fəsadlar yaradıb. Gəncədə külək bəzi ərazilərdə iri gövdəli ağacların budaqlarını qırıb. Aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçiriblər. Samux və Şəmkir rayonlarında da külək iri gövdəli ağacları qoparıb. Həmçinin elektrik və rabitə xətləri qırılaraq yararsız hala düşüb. Şəmkirdə bir yaşayış binasının dam örtüyü də yararsız hala düşüb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Teqlər : #Güclü külək qərb bölgəsində bir sıra fəsadlar törədib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda 3 məhbus ölüb Tovuzda toyda zəhərlənənlərdən 26 nəfəri evə buraxılıb-YENİLƏNİB