Güclü leysan Balakəndə əkin sahələrinə və yol təsərrüfatına ziyan vurub

Güclü leysan Balakəndə əkin sahələrinə və yol təsərrüfatına ziyan vurub

-- 700-dək həyətyanı təsərrüfatı su basıb

İyunun 11-də axşam saat 22 radələrindən başlayaraq Balakən rayonunda yağan güclü, intensiv leysan yağışı nəticəsində rayonun Katex kəndinin ərazisindən keçən Dəli çayda suyun səviyyəsi qalxıb, nəticədə 700-dək həyətyanı təsərrüfatı su basıb, 30-a yaxın kürsülü evin içərisinə su dolub. Təbii fəlakət nəticəsində kənddə olan 700-ə yaxın fərdi evə təbii qazın və elektrik enerjisinin verilişi qismən dayandırılıb.
 
Maide.Az bildirir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon fövqəladə hallar komissiyasından məlumat verilib.
 
Qurumdan bildiriblər ki, təbii fəlakət nəticəsində Püştətala kəndinin ərazisində də həyətyanı təsərrüfatları su basması müşahidə olunur. Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub, Dəli çayın üzərindəki piyada keçidlərini sel yuyub aparıb.
 
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.
 

Google+ WhatsApp ok.ru