Güclü leysan Tovuzda fəsadlar yaradıb

Güclü leysan Tovuzda fəsadlar yaradıb

-- Leysan təxminən yarım saat davam edib

Tovuz rayonuna yağan güclü leysan fəsadlara səbəb olub.
 
Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki, rayon mərkəzinə və kəndlərə düşən güclü yağış avtomobil yollarında və səkilərdə hərəkəti çətinləşdirib.
 
Xüsusilə rayon mərkəzindəki küçələr daha keçilməz olub. Kanalizasiya boruları yağış suları ilə dolub, gediş-gəliş üçün nəzərdə tutulan yollar yağış sularının altında qalıb. Bölgənin digər rayonları-Qazax və Ağstafada da güclü yağış oxşar vəziyyət yaradıb.
 
Leysan təxminən yarım saat davam edib.
 

 

Google+ WhatsApp ok.ru